İngiltərə Premyer Liqasında 19-cu turun oyunları keçirilib | |
İngiltərə Premyer Liqasında 19-cu turun oyunları keçirilib. Turun 9 görüşü bir gündə baş tutub. Evində “Mançester Yuayted” “Nyukasl”ı qəbul edib. Görüşdə azarkeşlər bol qollu oyuna şahidlik edib. Rəqibini 4:3 hesabı ilə məğlub edən “qırmızı şeytanlar” meydandan qələbə ilə ayrılıb. Səfərdə “Norviç”in qonağı olan “Çelsi” isə minimal hesablı qələbəyə sevinib. “Sanderlend” – “Mançester Siti”, “Stok Siti” – “Liverpul” qarşılaşmasında isə sevinən tərəf meydan sahibləri olub. Qeyd edək ki, İngiltərə Premyer Liqasının 19-cu turuna “Arsenal” – “Vest Hem” oyunu ilə yekun vurulacaq. Bu qarşılaşma isə yanvarın 23-də baş tutacaq. İngiltərə Premyer Liqası 19-cu tur 26 dekabr “Everton” – “Vigan” – 2:1 Osman, 52, Jaqielka, 77 – Kone, 82 “Fulhem” – “Sauthempton” – 1:1 Qollar: Berbatov, 8 – Lambert, 85-pen. “Mançester Yuayted” – “Nyukasl” – 4:3 Evans, 25, Evra, 58, Van Persi, 71, Hernandes, 90 – Perç, 4, Evans, 29-öz qapısına, Sisse, 68 “Norviç” – “Çelsi” – 0:1 Mata, 38 “Ridinq” – “Suonsi” – 0:0 “Sanderlend” – “Mançester Siti” – 1:0 Conson, 53 KPR – “Vest Bromviç” – 1:2 Sisse, 68 – Brunt, 29, Qrin, 49-öz qapısına “Aston Villa” – “Tottenhem” – 0:4 Defo, 58, Q.Beyl, 61; 73; 84. “Stok Siti” – “Liverpul” – 3:1 Uolters, 5; 49, Cons, 12 – Cerard, 2-pen 23 yanvar “Arsenal” – “Vest Hem” |
|
Xəbər 995 dəfə oxundu. |
|
|