Bu gün Topaz Premyer Liqasında XVI tura start yekun vurulacaq | |
Bu gün Topaz Premyer Liqasında XVI tura start yekun vurulacaq. 4 gün davam edəcək turun son günündə 2 qarşılaşma baş tutacaq. Əvvəlcədən bu günə 3 qarşılaşma planlaşdırılmışdı. Lakin “Turan” – “Bakı” oyunu təxirə salındığından azarkeşlər 2 oyuna şahid olacaq. Günün ilk qarşılaşması Zaqatalada baş tutacaq. Liderlər sırasında olan “Simurq” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək. Qalib gələcəyi halda vahid lider olacaq şimallılar heç-heçə etməklə üçhakimiyyətliliyə səbəb olacaq. “Xəzər Lənkəran” isə 3 xal əldə etməklə 5-ci pilləyə yüksələcək. Həm də növbəti turun “Neftçi” ilə oyunu ərəfəsində cənubluların düşərgəsində əhval-ruhiyyə yüksələcək. Dekabrın 14-dəki “Böyük oyun” öncəsi “Neftçi” paytaxt derbisində qüvvəsini sınayacaq. Son çempion I dövrədə uduzduğu “Rəvan”la üz-üzə gələcək. 10 dekabr 16:00. “Simurq” – “Xəzər Lənkəran” Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev Zaqatala şəhər stadionu 18:00. “Neftçi” – “Rəvan” Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov 8-ci kilometr stadionu |
|
Xəbər 880 dəfə oxundu. |
|
|