A.A.Banişevskinin xatirəsinin əbədiləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI | |
Tanınmış Azərbaycan idmançısı Anatoli Andreyeviç Banişevskinin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram: Bakı Şəhər İcra Hakimiyyəti Anatoli Andreyeviç Banişevskinin yaşadığı binaya (2-ci Sülh döngəsi, ev 2a) xatirə lövhəsinin vurulmasını təmin etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 6 fevral 2007-cı il. |
|
Xəbər 1039 dəfə oxundu. |
|
|