Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazanıb | |
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb. Mübarizəyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb. İdmançı qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada danimarkalı Amalie Skulzanı hər iki setdə böyük fərqlə məğlub edərək "VICTOR Türkiye International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11, 21:9. |
|
Xəbər 236 dəfə oxundu. |
|
|