Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
Yeniyetmələrdən ibarət taekvondo üzrə Azərbaycan milli komandası Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunda 6 medal qazanıblar.

Yarışın ilk günündə yığmamızın 6 üzvü fəxri kürsüyə yüksəlib.

Bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc medalla kifayətləniblər.

Xəbər 122 dəfə oxundu.