Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib | |
Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. Malik Həsənov (63,5 kq) üçüncü görüşündə Din Klensini (İrlandiya) məğlub edib. Milli üzvü Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq. Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilərımız bu mərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar. Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kq) də yarımfinalda iştirak hüququ qazanıb. |
|
Xəbər 117 dəfə oxundu. |
|
|