Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

U-17 Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.

İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv aprelin 23-də Belarus, 25-də Özbəkistan, 28-də isə Tacikistanla üz-üzə gələcək.

Xəbər 103 dəfə oxundu.