Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb.

Yığma buna B qrupunda II turun matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub.

Ötən gün Çilini məğlub edən (17:14) komanda III turda Niderlandla görüşəcək. Bu qarşılaşma qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq.

Qeyd edək ki, yarımfinal və həlledici oyunlar aprelin 14-də baş tutacaq. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

Xəbər 240 dəfə oxundu.