Aprel ayı Azərbaycan futbolunun tarixinə düşəcək | |
Aprel ayı Azərbaycan futbolunun tarixinə düşəcək. Bu gündən başlayaraq, ayın hər günündə rəsmi oyun keçiriləcək. Bu da ölkə futbolu tarixində mütləq rekorddur. Aprelin 12 günündə Premyer Liqanın, 13 günündə Əvəzedicilər Liqasının matçı baş tutacaq. Kubok görüşləri üç fərqli gündə olacaq. I Liqa oyunları 9, II Liqa matçları 12 günü əhatə edəcək. Ayın 13 günündə yalnız bir turnirin qarşılaşmaları baş tutacaq. 15 gündə iki yarışda oyunlar keçiriləcək. Aprelin 3-də və 29-da üç fərqli turnirin görüşləri təşkil olunacaq. Hər gün PFL-in bayrağı altında keçirilən ən azı bir matçın baş tutmasına martın 28-dən start verilib. Martın son 4 günündə olduğu kimi, aprel də futbolsuz olmayacaq. Bununla da oyunların keçirilməsi seriyası 34 günə çatacaq. Seriya mayın ilk günlərinə planlaşdırılan I Liqa oyunları ilə uzana da bilər. Aprel ayının təqvimi: 1. II Liqa, Əvəzedicilər 2. Azərbaycan Kuboku, II Liqa 3. Azərbaycan Kuboku, I Liqa, II Liqa 4. I Liqa 5. Premyer Liqa, I Liqa 6. Premyer Liqa, Əvəzedicilər 7. Premyer Liqa, Əvəzedicilər 8. II Liqa, Əvəzedicilər 9. II Liqa 10. I Liqa 11. I Liqa 12. Premyer Liqa 13. Premyer Liqa, Əvəzedicilər 14. Premyer Liqa, Əvəzedicilər 15. II Liqa, Əvəzedicilər 16. II Liqa 17. I Liqa 18. I Liqa, II Liqa 19. Premyer Liqa 20. Premyer Liqa, Əvəzedicilər 21. Premyer Liqa, Əvəzedicilər 22. II Liqa, Əvəzedicilər 23. II Liqa 24. Azərbaycan Kuboku 25. I Liqa 26. I Liqa 27. Premyer Liqa 28. Premyer Liqa, Əvəzedicilər 29. Premyer Liqa, II Liqa, Əvəzedicilər 30. II Liqa, Əvəzedicilər |
|
Xəbər 82 dəfə oxundu. |
|
|