Full kontakt və kyokuşin karate üzrə Azərbaycan çempionatı keçirilib | |
Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən full kontakt karate və kyokuşin karate növləri üzrə 25-ci açıq respublika birinciliyi və çempionatı keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmov və digər rəsmi şəxslər iştirak ediblər. Yarışın açılış mərasimində son 1 il ərzində fərqlənən məşqçi və hakimlər təltif olunublar. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışda paytaxtla yanaşı, bölgələrdən 250-dən çox idmançı mübarizə aparıb. Qaliblər 48 dəst medal uğrunda qüvvələrini sınayıblar. |
|
Xəbər 98 dəfə oxundu. |
|
|