"Səbail" ev matçını Azərbaycanlıların Soyqırımı Gününə həsr edəcək
"Səbail" Azərbaycan Premyer Liqasının XXVIII turunda "Turan Tovuz"a qarşı keçirəcəyi ev oyununu 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edəcək.

Klub bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Bakı təmsilçisi cari mövsümdə keçirdiyi ev oyunlarını ölkə tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr edir.

Qeyd edək ki, "Səbail" - "Turan Tovuz" qarşılaşması bu gün "ASCO Arena"da, saat 16:30-da start götürəcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Xəbər 118 dəfə oxundu.