AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək | |
Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin son üç iştirakçısı bu gün bəlli olacaq. Pley-offun finalında Gürcüstan - Yunanıstan, Ukrayna - İslandiya və Polşa - Uels oyunları baş tutacaq. Qələbə qazanan yığmalar AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar. 26 mart AVRO-2024 Pley-off mərhələsi Final oyunları 21:00. Gürcüstan - Yunanıstan 23:45. Ukrayna - İslandiya 23:45. Polşa - Uels Gürcüstan - Yunanıstan cütünün qalibi F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olacaq. Ukrayna - İslandiya duelinin güclüsü E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək. Polşa - Uels matçında sevinən tərəf isə D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq. Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyul aralığında Almaniyanın 10 şəhərində təşkil olunacaq. |
|
Xəbər 142 dəfə oxundu. |
|
|