Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-16 yığması daha iki yoxlama oyunu keçirib.

Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda hər iki oyunda rəqiblərini məğlub etməyi bacarıb.

Azərbaycan (U-16) - "Rustavi" 78:55
Azərbaycan (U-16) - "Pachulia Academy" 68:61

Qeyd edək ki, yığma martın 25-də təlim-məşq toplanışını yekunlaşdıraraq Vətənə qayıdacaq.

Xəbər 137 dəfə oxundu.