Azərbaycan atıcısı beynəlxalq turnirdə medal qazanıb
Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində medal qazanıb.

Qadınlar arasında pnevmatik tapançadan atəş üzrə mübarizə aparan təmsilçimiz 235.2 xalla ikinci yeri tutaraq gümüş medal əldə edib.

Qeyd edək ki, yarış martın 24-nə qədər davam edəcək.

Xəbər 115 dəfə oxundu.