Azərbaycan paracüdoçuları beynəlxalq turnirdə iştirak edəcəklər
Almaniyanin Heydelberq şəhərində paracüdo üzrə Qran-Pri turniri keçiriləcək.

"Paris-2024" Yay Paralimpiya Oyunları üçün ikiqat reytinq xalı qazandıracaq yarışda Azərbaycanı 4 idmançı təmsil edəcək.

J2 kateqoriyasında Vüqar Şirinli (60 kiloqram ), Namiq Abaslı ( 73 kiloqram) və Sevda Vəliyeva (57 kiloqram), J1 kateqoriyasında isə İlham Zəkiyev (90 kiloqram) mübarizə aparacaq.

Qeyd edək ki, beynəlxalq turnir fevralın 13-19-da keçiriləcək.

Xəbər 134 dəfə oxundu.