Azərbaycan Premyer Liqası: XXII tur üç oyunla başa çatacaq | |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq. Son olaraq üç qarşılaşma baş tutacaq. Günün ilk matçında "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Meydan sahibləri 26 xalla 8-ci, qonaqlar 15 xalla sonuncu pillədə qərarlaşıblar. Çempionatda ardıcıl 8 matçda qələbə qazana bilməyən "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. Görüş saat 17:15-də start götürəcək. Paytaxt klubu 31 xalla dördüncü, "gənclik şəhəri" təmsilçisi 34 xalla ikincidir. Tura "Araz-Naxçıvan" - "Neftçi" oyunu ilə yekun vurulacaq. Bu matçın start fiti saat 19:30-da səslənəcək. Naxçıvan klubu 27 xalla yeddinci, "ağ-qaralar" 32 xalla üçüncüdür. Azərbaycan Premyer Liqası XXII tur 13 fevral 15:00. “Turan Tovuz” – “Qəbələ” Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev/ Hakim-inspektor: Ramil Diniyev/ AFFA nümayəndəsi: Nəriman Axundov/ Tovuz şəhər stadionu 17:15. “Zirə” – “Sumqayıt” Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov/ Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. Zirə İK stadionu 19:30. “Araz-Naxçıvan”– “Neftçi” Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. “Dalğa Arena” Qeyd edək ki, turun əvvəlki matçlarında "Səbail" "Kəpəz"ə qalib gəlib (4:1), "Qarabağ" - "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 3:3. |
|
Xəbər 152 dəfə oxundu. |
|
|