Minifutbol üzrə Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək
Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Yarış 30 aprel - 1 may tarixlərində təşkil olunacaq.

Turnirdə millimizlə yanaşı, son dünya çempionu Rumınya, Bosniya və Herseqovina, Albaniya və Monteneqro komandaları iştirak edəcəklər.

Yığmamızın turnirdən əvvəl Monteneqronun Herseq Novi şəhərində 1 həftəlik təlim-məşq toplanışı nəzərdə tutulub.

Xəbər 163 dəfə oxundu.