Avropa çempionatı: Azərbaycanın iki güləşçisi finala yüksəlib | |
Azərbaycanın iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib. 55 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Məmmədov yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya (5:1) qalib gəlib. Murad Məmmədov (63 kiloqram) rusiyalı Ənvər Allahyarovu (AİN) (3:3) xalların keyfiyyətinə görə üstələyib. Azərbaycanın digər təmsilçisi İslam Abbasov (87 kiloqram) Serbiya təmsilçisi Aleksandr Komarova uduzduğu (1:3) üçün bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Yarımfinalda türkiyəli Rza Kayaalpa məğlub olan Beka Kandelaki (130 kiloqram) də üçüncü yer uğrunda mübarizə aparacaq. 1/4 finalda xorvatiyalı Antonio Kamenyaseviçə yenilən Sənan Süleymanov (77 kiloqram) rəqibi finala yüksələ bilmədiyi üçün turniri medalsız başa vurub. Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. |
|
Xəbər 154 dəfə oxundu. |
|
|