Avropa çempionatı: Azərbaycanın 4 güləşçisi yarımfinala vəsiqə qazanıb
Azərbaycanın 4 yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Rəşad Məmmədov (55 kiloqram), Murad Məmmədov (63 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) finala çıxmaq uğrunda mübarizə aparacaqlar.

İdmançılar yarımfinalda, müvafiq olaraq, Nuqzari Tsurtsumia (Gürcüstan), Ənvər Allahyarov (AİN), Aleksandr Komarov (Serbiya) və Rza Kayaalp (Türkiyə) ilə qarşılaşacaqlar.

Azərbaycanın digər təmsilçisi Sənan Süleymanov 1/4 finalda xorvatiyalı Antonio Kamenyaseviçə məğlub olub. Rəqib finala yüksələrsə, güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcək.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Xəbər 167 dəfə oxundu.