Bakıda gimnastika üzrə birincilik təşkil edilib
Qarabağ Regional və Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbinin və “OCAQ SPORT” klubunun birgə təşkilatçılığı ilə gimnastika üzrə birincilik keçirilib.

Bakı Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışda 2015-2016-2017-ci il təvəllüdlü qızlar mübarizə aparıblar. Yarışda ümumilikdə 20 idmançı iştirak edib.

Tədbirdə çıxış edən Rüstəm Alimli bildirib ki, bu gün gimnastika ən prestijli idman növlərindən biridir və yarışın keçirilməsində əsas məqsəd kiçik yaşlı uşaqlar arasında bədii gimnastikaya marağın artırılmasıdır.

Sonda ilk üç yeri tutmuş idmançılara Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi və “OCAQ SPORT” klubu tərəfindən kubok, medallar, diplomlar və hədiyyələr təqdim edilib.

Xəbər 159 dəfə oxundu.