Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 9 medal qazanıblar
Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Lüksemburqda keçirilən “LUXGR Cup 2024” adlı beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Böyüklər arasında Kamilla Seyidzadə 2 qızıl (çoxnövçülük, gürzlər), 2 gümüş (halqa, lent) və 1 bürünc (top) medala layiq görülüb.

Gənclər arasında Nəzrin Abdullayeva (halqa), Sofiya Məmmədova (lent), Dəniz Abdullazadə (gürzlər) gümüş, Fidan Qurbanlı isə bürünc (çoxnövçülük) medal əldə ediblər.

Xəbər 148 dəfə oxundu.