Dünya çempionatında iştirak edəcək Azərbaycan bilyardçıları bəlli olub
Bilyard üzrə Azərbaycan millisinin Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək dünya çempionatı üçün heyəti bəlli olub.

Seçim turunda ilk 3 yeri tutan idmançılar mundiala vəsiqə qazanıblar.

Beləliklə, yığmanın heyətində Ramin Səməndərov (1-ci yer), Seyhun Ağayev (2-ci yer), Yəhya Məmmədov və Azər Hacıyev (hər ikisi 3-cü yer) mübarizə aparacaqlar.

Qeyd edək ki, bilyardın qarışıq piramida növü üzrə dünya çempionatı fevralın 27-dən martın 2-dək keçiriləcək.

Xəbər 110 dəfə oxundu.