Qadın şahmatçılar arasında Azərbaycan çempionatı başlayıb | |
Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib. Yarışda ötən il 18 yaşlı şahmatçılar arasında dünya çempionatının qalibi olan Ayan Allahverdiyeva, o cümlədən beynəlxalq usta Səbinə İbrahimova da mübarizə aparır. Ümumilikdə 15 şahmatçının iştirak etdiyi yarışın reytinq favoriti Xəyalə Abdulladır. Çempionatın mükafat fondu 15 min manat təşkil edir. Yarışın qalibi 6 000 manat əldə edəcək. İlk iki yeri tutacaq şahmatçılar şəxsi Avropa çempionatına ezam olunacaqlar. Çempionatın baş hakimi İnara Topçiyevadır. 7 turdan ibarət Azərbaycan çempionatına fevralın 17-də yekun vurulacaq. Qeyd edək ki, çempionat Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir. |
|
Xəbər 100 dəfə oxundu. |
|
|