Azərbaycan Premyer Liqasında növbəti oyun keçiriləcək
Bu gün Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu keçiriləcək.

Günün yeganə matçında “Kəpəz” “Səbail”i qəbul edəcək. Qəbələ şəhər stadionunda reallaşacaq görüş saat 15:00-da start götürəcək.

“Kəpəz” hazırda 20 xalla 9-cu, “Səbail” isə 27 xalla beşinci pillədə qərarlaşıb.

Turun açılış oyununda “Qarabağ” doğma meydanda “Sabah”la heç-heçə edib – 3:3.

XXII tura fevralın 13-də keçiriləcək “Turan Tovuz” - “Qəbələ”, “Zirə” -“Sumqayıt” və “Araz-Naxçıvan” – “Neftçi” qarşılaşmaları ilə yekun vurulacaq.

Xəbər 100 dəfə oxundu.