Azərbaycan Basketbol Liqası: Turun son oyununda “Xırdalan” qalib gəlib
Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub.

Son oyun “NTD-İndiqo” – “Xırdalan” komandaları arasında keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində reallaşan görüş paytaxt təmsilçisinin 84:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun daha əvvəl keçirilən oyunlarında “Neftçi” “Sabah”a 101:87, “Xəzri” “Şəki”yə 94:85, “Sumqayıt” “Cəlilabad”a 109:99 və “Sərhədçi” “Gəncə”yə 79:72 hesabları ilə qalib gəlib.

Bu nəticələrdən sonra turnir cədvəlinə 26 xalla “Xəzri” başçılıq edir. “Sabah” 25 xalla 2-ci, “NTD-İndiqo” 24 xalla 3-cü, eyni xala malik “Neftçi” isə dördüncü pillədə qərarlaşıb.

Xəbər 92 dəfə oxundu.