Azərbaycan pauerliftinqçisi Dünya Kubokunda qızıl medal qazanıb
Azərbaycan pauerliftinqçisi Faiq Məmmədov Misirin Şarm-əş-Şeyx şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanıb.

52 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini qabaqlayaraq birinci olub.

O, 160 kiloqram çəkinin öhdəsindən gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 73 dəfə oxundu.