Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb | |
Azərbaycan Kubokunun 1/4 final mərhələlərində yeni rekord qeydə alınıb. “Sabah” - “Qarabağ” cütü bu mərhələnin ən məhsuldar duelinin iştirakçısı olub. Bu komandaların görüşlərində 15 qol vurulub. Hər iki tərəf səfərdə qalib gəlib. Ağdam klubu 7:1, paytaxt təmsilçisi 4:3 hesabı ilə üstün olub. İndiyədək 1/4 final mərhələlərinin bir cütündə bu qədər qol vurulmayıb. Ən məhsuldar duellər 13 qolla başa çatıb. 1994/1995-ci illər mövsümündə “Kəpəz”lə Sumqayıt “Xəzər”inin matçlarında gəncəlilər iki qələbə qazanıblar - 3:0 və 6:4. 2016/2017-ci illər mövsümündə isə “Qarabağ” “Sumqayıt”ı üstələyib – 6:0 və 5:2. Qeyd edək ki, ümumilikdə ölkə kubokunun ən məhsuldar cütündə 23 qol qeydə alınıb. 2003/2004-cü illər mövsümündə 1/8 finalda “Şəfa” “Lider Qarabağ”ı 14:0 və 8:1 hesabları ilə yenib. |
|
Xəbər 61 dəfə oxundu. |
|
|