Azərbaycan Basketbol Liqası: “Xəzri” “Şəki”yə qalib gələrək liderliyə yüksəlib
Azərbaycan Basketbol Liqasında XIV turun növbəti oyunu keçirilib.

Günün yeganə matçında "Xəzri" və "Şəki" komandaları üz-üzə gəliblər.

"Sərhədçi" İdman Mərkəzində təşkil olunan oyun paytaxt təmsilçisinin 94:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra xallarını 26-ya çatdıran "Xəzri" liderliyə yüksəlib. "Sabah" 25 xalla ikinci, "Neftçi" isə 24 xalla üçüncü pillədə qərarlaşıb.

Turun ötən gün keçirilən oyununda "Neftçi" "Sabah"a 101:87 hesabı ilə qalib gəlib.

Xəbər 73 dəfə oxundu.