Azərbaycanlı hakim Çağırış Kubokunun oyununa təyinat alıb | |
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb. O, kişi voleybolçular arasında Çağırış Kubokunun 1/4 final mərhələsinin cavab oyununu idarə edəcək. E.Əliyev Türkiyədə “Arkas Spor” və Yunanıstanın “Olimpiakos” komandası arasında keçiriləcək qarşılaşmada ikinci hakim vəzifəsini yerinə yetirəcək. İlk görüşdə qonşu ölkə rəqibinə 3:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, görüş fevralın 7-də Atatürk Voleybol İdman Kompleksində keçiriləcək. |
|
Xəbər 83 dəfə oxundu. |
|
|