Azərbaycanın qadın hakimləri UEFA-dan təyinat alıblar
Azərbaycanın FIFA dərəcəli hakimləri Fəridə Lütfəliyeva və Sevda Nuriyeva UEFA-dan təyinat alıblar.

Ədalət təmsilçiləri 17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər.

İrlandiya, Albaniya və İsrail yığmalarının yer aldığı B qrupunun matçları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək.

Qeyd edək ki, Fəridə Lütfəliyeva FIFA referisi, Sevda Nuriyeva isə FIFA referi köməkçisidir.

Xəbər 85 dəfə oxundu.