Azərbaycanda “A” kateqoriyalı şahmat hakimlərinin sayı ikiyə çatıb
Azərbaycan Şahmat Federasiyasının (AŞF) daha bir hakimi “A” kateqoriyası alıb.

Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova bu hüquqa yiyələnib.

Qeyd edək ki, bununla Azərbaycanda “A” kateqoriyalı hakimlərin sayı ikiyə çatıb. Federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov uzun illər ölkədə bu kateqoriyaya layiq görülən yeganə hakim olub.

Xəbər 107 dəfə oxundu.