Voleybol üzrə Yüksək Liqada XII turun proqramı müəyyənləşib
Qadın voleybolçular arasında Azərbaycan çempionatında XII turun oyun cədvəli açıqlanıb.

Fevralın 6-da oynanılacaq görüşlər Bakı və Gəncə şəhərlərində baş tutacaq.

Turun ilk qarşılaşmasında “Gəncə” doğma arenada “Azərreyl”i qəbul edəcək. Oyun saat 16:00-da start götürəcək.

Həmin gün Bakıda ilk matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq. Saat 16:00-da start götürəcək oyunda “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcəklər.

Növbəti qarşılaşma isə saat 18:00-da UNEC-in idman zalında “Abşeron” və UNEC komandaları arasında olacaq. Bununla da Yüksək Liqada XII tura yekun vurulacaq.

Xəbər 117 dəfə oxundu.