Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar | |
Taekvondo üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilmiş beynəlxalq turniri 4 medalla başa vurub. G2 kateqoriyalı yarışda 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani həlledici görüşdə uduzaraq ikinci yeri tutub. Yığmanın digər üzvləri – kişilərdən Cavad Ağayev (74 kiloqram), qadınlardan isə Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kiloqram) bürünc medalın sahibi olublar. Qeyd edək ki, Azərbaycan turnirdə 11 taekvondoçu ilə təmsil olunub. |
|
Xəbər 107 dəfə oxundu. |
|
|