Azərbaycan Premyer Liqası: “Qarabağ” “Səbail”lə, “Turan Tovuz” “Sabah”la qarşılaşacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Səbail” turnir cədvəlinin lideri “Qarabağ”ı qəbul edəcək. “ASCO Arena”da keçiriləcək görüş saat 15:00-da start götürəcək.

Digər oyunda isə “Sabah” və “Turan Tovuz” komandaları üz-üzə gələcəklər. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.

Qeyd edək ki, turun digər oyunları fevralın 4-5-də keçiriləcək.

Xəbər 110 dəfə oxundu.