Azərbaycanın iki cüdoçusu “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayır
Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

Yarışın ilk günündə Azərbaycanın iki idmançısı tatamiyə çıxacaq.

60 kiloqram çəki dərəcəsində Nazir Talıbov ukraynalı Artyom Leşukla, Əhməd Yusifov isə tacikistanlı Mehrzod Sufiyevlə qüvvəsini sınayacaq.

Qeyd edək ki, fevralın 4-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 11 cüdoçu ilə təmsil olunur.

Xəbər 116 dəfə oxundu.