Bakıda Paris Olimpiadasına lisenziya xarakterli atletika yarışı keçiriləcək
Bakıda Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq qış yarışı keçiriləcək.

Turnirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa-Yakutiya Respublikasından idmançılar öz güclərini sınayacaqlar.

Gənclər və İdman Nazirliyi, AAF və “Atletika” klubunun birgə təşkilatçılığı ilə keçiriləcək turnir “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Proqrama U-18 yaş qrupu üzrə uzunluğa tullanma və 60 metr məsafəyə qaçış, böyüklər üzrə üç təkanla tullanma və digər növlər daxil edilib.

Respublika Olimpiya Mərkəzində startı veriləcək yarış fevralın 2-3-də baş tutacaq.

Xəbər 145 dəfə oxundu.