Yüksək Liqada XI tur bir oyunla start götürəcək
Fevralın 1-də kişi voleybolçuların Yüksək Liqasında XI tura start veriləcək.

Turun açılış matçında “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Murov Az Terminal” 18 xalla turnir cədvəlinin lideridir. “Neftçi” isə 13 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 128 dəfə oxundu.