Azərbaycan Kuboku: “Qarabağ” “Sabah”a darmadağınla qalib gəlib
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

Günün ikinci qarşılaşmasında "Sabah" "Qarabağ"ı qəbul edib.

Bank Respublika Arenasında keçirilən görüş Ağdam klubunun 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 20-cı dəqiqədə qonaqların heyətində Hamidu Keyta açıb. Olavio Juninyo 27-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib. 45+3 və 55-ci dəqiqələrdə Nəriman Axundzadə dubl edib. "Tələbələr"in heyətində 63-cü dəqiqədə Cesse Seqidika toplardan birinin əvəzini çıxıb. Abdullah Zubir 77-ci dəqiqədə "köhlən atlar"ın 5-ci qoluna imza atıb. Adama Diakabi 87-ci dəqiqədə fərqi 5 topa çıxarıb.

Oyunun yekun nəticəsini 90+3-cü dəqiqədə A.Zubir müəyyənləşdirib.

Günün ilk görüşündə "Zirə" səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

Bu cütün cavab görüşləri fevralın 8-də keçiriləcək.

Qeyd edək ki, 1/4 finalın digər matçları yanvarın 31-də oynanılacaq.

Xəbər 137 dəfə oxundu.