Yüksək Liqa: “Gəncə” çətin qələbə qazanıb
Qadın voleybolçuların Yüksək Liqasında XI tura start verilib.

Açılış oyununda “Milli Aviasiya Akademiyası” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Gəncə”ni qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun hazırda davam edən digər matçında isə “Murov Az Terminal” və “Abşeron” üz-üzə gəlir.

Qeyd edək ki, hazırda “Gəncə” 15 xalla 4-cü yerdədir. Aktivində 10 xalı olan “Milli Aviasiya Akademiyası” isə 5-ci pillədə qərarlaşıb.

Xəbər 136 dəfə oxundu.