Azərbaycan Kuboku: “Zirə” 1/4 finalın ilk oyununda qalib gəlib
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Açılış matçında “Səbail” “Zirə”ni qəbul edib. “ASCO Arena”da keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 48-ci dəqiqədə “Zirə” açıb. Meydan sahiblərinin heyətində Anas Najah avtoqol müəllifi olub. Ruan Renato 59-cu dəqiqədə “qartallar”ın üstünlüyünü iki topa çatdırıb. “Səbail” 70-ci dəqiqədə Aleksandr Ramalinqomun cərimə zərbəsindən vurduğu baxımlı qolla hesab arasındakı fərqi azaldıb. Madaqaskarlı hücumçu matçda yekun hesabı müəyyənləşdirib.

Günün digər görüşü isə “Bank Respublika Arena”da “Sabah” və “Qarabağ” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.

Bu cütün cavab görüşləri fevralın 8-də keçiriləcək.

Qeyd edək ki, 1/4 finalın digər matçları yanvarın 31-də oynanılacaq.

Xəbər 161 dəfə oxundu.