Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar
Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə savatın assault və precombat növü üzrə keçirilmiş beynəlxalq turnirdə beş medal qazanıb.

Assault növündə böyüklərdən Beyrək Bağırov (85 kq) və gənclərdən Məhəmməd Məmmədli (52 kq) qızıl, yeniyetmələrdən Yusif Süleymanov (52 kq) bürünc, precombat növündə isə gənclərdən Məhəmməd Süleymanov (80 kq) gümüş, yeniyetmələrdən Ümid Zeynalov qızıl mükafata sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycanı yarışda 6 idmançı təmsil edib.

Xəbər 144 dəfə oxundu.