Azərbaycanın yeniyetmə şpaqaçıları beynəlxalq turnirdə mübarizə aparıblar
Azərbaycanın yeniyetmə şpaqaçıları Serbiyanın Novi Sad şəhərində keçirilən Avropanın “Cadet Circuit” turnirində çıxışlarını başa vurublar.

Qız və oğlan şpaqaçıların şəxsi yarışında ən yaxşı göstərici 133 iştirakçı arasında ümumi sıralamada 14-cü olan Xədicə Həsənliyə məxsusdur.

Xədicə Həsənli, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xatun Bayramovadan ibarət yığma komanda yarışında keçirdiyi ilk görüşdə Bolqarıstan seçməsini 45:24 hesabı ilə məğlub edib. Ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda qarşılaşmada Slovakiya yığmasını 45:38 hesabı ilə mübarizədən kənarlaşdıran milli komanda yarımfinal uğrunda keçirilən qarşılaşmada gümüş medalçı Ukrayna seçməsinə məğlub olub - 29:45.

Mirxətai Məmmədov, Abbas Səmədli, Emin Səfərbəyov və Vahab Fətullayevdən ibarət yeniyetmə oğlan şpaqaçıları isə komanda yarışında 6-cı olub. İlk görüşündə Serbiya yığması üzərində 38:24 hesablı qələbə qazanan yığma Şimali Makedoniya ilə qarşılaşmada da qalibiyyət əldə edib – 45:41. Komanda yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ukrayna şpaqaçılarına 38:45 hesabı ilə uduzub.

Xəbər 147 dəfə oxundu.