Azərbaycan Basketbol Liqası: “Neftçi” səfərdə qələbə qazanıb | |
Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulub. Turun son oyununda “Şəki” “Neftçi”ni qəbul edib. Şəki Olimpiya İdman Kompleksində keçirilən görüş Bakı təmsilçisinin 72:65 hesablı qələbəsi ilə başa çatıb. Turun əvvəlki oyunlarında “Xəzri” “Cəlilabad”a 100:81, “Xırdalan” “Sabah”a 107:103, “Sərhədçi” “Sumqayıt”a 91:63 və “NTD-İndiqo” isə “Gəncə”yə 94:80 hesabları ilə qalib gəlib. Qeyd edək ki, hazırda turnir cədvəlinilk üç pilləsində eyni xala malik komandalar yer alır. Belə ki, hesabında 22 xal olan “Sabah” liderdir. “NTD-İndiqo” və “Xəzri” ikinci və üçüncü yerləri bölüşürlər. “Neftçi” 20 xalla dördüncü pillədə qərarlaşıb. |
|
Xəbər 141 dəfə oxundu. |
|
|