Azərbaycan Basketbol Liqası: “NTD-İndiqo” səfərdə “Gəncə”ni məğlub edib
Azərbaycan Basketbol Liqasında XII turun növbəti oyunu keçirilib.

Günün yeganə qarşılaşması “Gəncə” və “NTD-İndiqo” komandaları arasında baş tutub.

Gəncə Olimpiya İdman Kompleksində keçirilən görüş Xaçmaz təmsilçisinin 94:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xalını 22-yə çatdıran “NTD-İndiqo” 2-ci pilləyə yüksəlib. “Gəncə” isə 14 xalla 9-cu yerdə qalıb.

Turun əvvəlki oyunlarında “Xəzri” “Cəlilabad”a 100:81,”Xırdalan” “Sabah”a 107:103 “Sərhədçi” isə “Sumqayıt”a 91:63 hesabı ilə qalib gəlib. Tura yanvarın 28-də keçiriləcək “Şəki” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

Xəbər 129 dəfə oxundu.