Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb
Azərbaycanın üç parataekvondoçusu “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Bununla bağlı Dünya Taekvondosu quruma rəsmi məktub göndərib.

Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) reytinq cədvəlinə əsasən Paralimpiadaya vəsiqə əldə ediblər. Onların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, ilk “altılıq”da yer alacağı rəsmiləşib.

Parataekvondoçular Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Fransada keçiriləcək.

Xəbər 131 dəfə oxundu.