Azərbaycan voleybolçusu EEVZA çempionatında çıxışına görə fərqləndirilib
20 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən Azərbaycan millisinin üzvü Vlada Kavtunova fərqləndirilib.

Yığmanın liberosu Litvanın Şaulyay şəhərində təşkil olunan yarışda komandamızın heyətində ən yaxşı oyunçu seçilib.

Vlada Kavtunova təşkilat komitəsi tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, Azərbaycan millisi EEVZA çempionatında keçirdiyi 5 oyunun hamısında 0:3 hesabı ilə məğlub olub.

Xəbər 148 dəfə oxundu.