“Səbail”in Rumıniya klubu ilə oyununun başlama saatı məlum olub
“Səbail”in Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Rumıniyanın “Universitatya” komandası ilə keçirəcəyi yoxlama oyununun başlama saatı bəlli olub.

Yanvarın 12-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “dənizçilər” bu qarşılaşmadan 3 gün sonra Rusiya Premyer Liqasında mübarizə aparan “Fakel” klubu ilə üz-üzə gələcək.

Xəbər 146 dəfə oxundu.