Azərbaycan xizəkçilərinin də qatıldığı Avropa çempionatının açılışı olub
Fransanın Flaine bölgəsində xizək alpinizmi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.

22 ölkədən 225 idmançının qatıldığı yarışda Azərbaycan milli komandası da iştirak edir.

Xizək Alpinizmi üzrə Beynəlxalq Federasiyanın Avropa Konsulluğunun Prezidenti Günel Bədəlova idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, yanvarın 12-nə kimi davam edəcək turnirdə Azərbaycan idmançıları yanvarın 10-da sprint, 11-də isə vertikal növlərdə çıxış edəcəklər.

Xəbər 121 dəfə oxundu.