Mövsümün ən məhsuldar oyunları açıqlanıb | |
2023/2024-cü illər mövsümünün 2023-cü ildə baş tutan ən məhsuldar oyunlarında 10 qol vurulub. Azərbaycan Kubokunun “İrəvan” – “Araz-Naxçıvan” və II Liqanın “Göygöl” – “Şəmkir” matçlarının hər ikisində 8:2 hesabı qeydə alınıb. Kubokda qonaqlar, aşağı liqada meydan sahibləri qalib gəliblər. İki dəfə 9 qol vurulub. Bu qarşılaşmalar Əvəzedicilər Liqası və II Liqada baş tutub. 10 oyun isə 8 qolla yekunlaşıb. Ümumilikdə, 14 dəfə ən azı 8 top vurulub. Premyer Liqanın ən məhsuldar matçında “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə üstələyib. Bu mövsüm ən az 8 qol vurulan oyunlardan biri Premyer Liqa, biri ölkə kuboku, biri I Liqa, üçü Əvəzedicilər Liqası, səkkizi II Liqaya təsadüf edib. 8 və daha çox qolun vurulduğu oyunlar: 14.11.2023. 2L. Göygöl - Şəmkir - 8:2 19.12.2023. AK. İrəvan – Araz-Naxçıvan - 2:8 25.09.2023. 2L. Kür-Araz - Kürmük Qax - 6:3 06.11.2023. 2L. Şahdağ Qusar - Dinamo - 9:0 13.08.2023. ƏL. Araz-Naxçıvan - Qəbələ - 2:6 11.09.2023. 2L. Qusar - Şəmkir - 7:1 21.09.2023. 1L. Şamaxı - Araz Saatlı - 8:0 01.10.2023. ƏL. Turan Tovuz - Neftçi - 0:8 24.10.2023. 2L. Şəfa - Cəbrayıl - 2:6 31.10.2023. 2L. Cəbrayıl - Ağdaş - 5:3 04.11.2023. MPL. Qarabağ - Kəpəz - 7:1 27.11.2023. ƏL. Neftçi - Araz-Naxçıvan - 8:0 05.12.2023. 2L. Kür-Araz - Lerik - 7:2 15.12.2023. 2L. Lerik - Dinamo - 4:4 |
|
Xəbər 141 dəfə oxundu. |
|
|