“Araz-Naxçıvan”ın “Zirə” və “Qəbələ” ilə oyunlarının başlama vaxtı müəyyənləşib | |
“Araz-Naxçıvan”ın qış hazırlıq dövründə keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı müəyyənləşib. Komanda ilk olaraq yanvarın 10-da “Zirə” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq görüşün start fiti saat 15:00-da səslənəcək. Yanvarın 15-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Araz-Naxçıvan” matçı isə saat 14:00-da başlayacaq. Qeyd edək ki, “Araz-Naxçıvan” mövsümün ikinci yarısında ilk oyununu XIX tur çərçivəsində yanvarın 23-də “Qarabağ”a qarşı keçirəcək. |
|
Xəbər 149 dəfə oxundu. |
|
|